“Qarabağ”ın növbəti rəqibi bəlli oldu

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazanan “Qarabağ”ın rəqibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi 3-cü raunnda “Styaua” (Rumıniya) – “Şkendiya” (Şimali Makedoniya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.

Bu cütün qalibi “Şkendiya” olub. Makedoniya çempionu ilk matçda evdə 1:0 hesabı ilə məğlub etdiyi rəqibinə səfərdə də qalib gəlib – 2:1. Beləliklə, onlar iki oyununun nəticəsinə əsasən 3-cü mərhələyə yüksəliblər.

3-cü mərhələnin oyunları 5/6 avqust və 12 avqust tarixlərində keçiriləcək. “Qarabağ”ın ilk matçı səfərdə olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button