
Kurtuadan gələcəyi ilə bağlı açıqlama
“Real”ın qapıçısı Tibo Kurtua klubu ilə yeni müqavilə üzrə gedən danışıqlarla bağlı açıqlama verib.
Onun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir, ancaq həm belçikalı futbolçu, həm də klub əməkdaşlığın uzadılmasında maraqlıdır.
Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, 33 yaşlı qolkiper danışıqları davam etdirdiklərini deyib:
“Müqavilənin uzadılması? Danışıqları davam etdiririk. Mən “Real”da mümkün qədər uzun müddət qalmaq istəyirəm. Arzum budur ki, karyeramı burada başa vurum”.
Kurtua 2018-ci ildən “Real”ın heyətində çıxış edir. O, son mövsümdə bütün turnirlərdə 53 oyunda meydanda olub, 63 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



