
ÇL: “Qarabağ”ın 2-ci təsnifat mərhələsindəki oyunlarının vaxtı açıqlandı
“Qarabağ”ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Linfild” (Şimali İrlandiya) – “Şelburn” (İrlandiya) cütünün qalibi ilə oyunlarının vaxtı dəqiqləşib.
Komanda.az xəbər verir ki, ilk oyun iyulun 23-də səfərdə baş tutacaq və matça saat 22:45-də start veriləcək.
“Qarabağ”ın cavab oyunu isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 20:00-da başlayacaq.
Komandalar arasında ilk görüş “Şelburn”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



