
“Qalatasaray” “Milan”ın qapıçısını transfer etmək istəyir
“Milan” fransalı qapıçısı Mayk Menyanla müqavilənin müddətini hər vəchlə uzatmaq niyyətində olsa da, Türkiyə mətbuatı tam fərqli məlumatlar yayımlayır.
Komanda.az “Fanatik”-ə istinadən xəbər verir ki, “Qalatasaray” Menyanı əsas qapıçı kimi görür və onun transferinə böyük ümid bəsləyir.
İstanbul təmsilçisinin uzun illərdir əsas qapıçısı olan uruqvaylı Fernando Muslera bu yaxınlarda vətəninə qayıtmaq qərarı verib. Klub rəhbərliyi isə boş qalan mövqeni Menyanla doldurmağa çalışır.
Menyan 2021-ci ildən “Milan”ın şərəfini qoruyur. O, bu kluba keçməzdən əvvəl “Lill”də bir neçə mövsüm çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin