Uruqvay millisinin üzvü İtaliya klubunda

“Fiorentina” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi son klubu “Yuventus” olan müdafiəçi Martin Kasaresi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Uruqvaylı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Karyerası ərzində “Vilyarreal”, “Barselona”, “Sevilya”, “Sauthempton”, “Latsio” kimi klublarda forma geyinən Kaseres, 2019-cu ilin yanvarından “Yuventus”da çıxış edirdi.

Kaseres 93 dəfə də Uruqvay millisinin uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button