“Neymarın transferi tamamilə “Barselona”ya bağlıdır” – Leonardo

PSJ klubunun idman direktoru Leonardo Neymarın transfer durumu haqda danışıb.

Komanda.az xəbər verir ki, Fransa mətbuatına açıqlama verən Leonardo, “Barselona”nın braziliyalı oyunçu üçün ilk təklifini rədd etdiklərini bildirib:

“Barselona” Neymar üçün ilk rəsmi təklifini avqustun 27-də etdi. Hazırda bir razılıq yoxdur, çünki bu təklifi qəbul etmədik. “Barselona” bizim nə tələb etdiklərimizi bilir.

Transfer pəncərəsi dövrünün bitiminə iki gün qalıb. “Barselona” ilə yenidən görüşəcəyik. Qane edən təklif gəlsə, Neymar ayrılacaq. Ancaq olmasa, bizimlə qalacaq. Neymarın transferi tamamilə “Barselona”ya bağlıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button