“Neftçi” “Araz-Naxçıvan”ın futbolçusunu transfer etdi

“Neftçi” “Araz-Naxçıvan”dan İqor Ribeyronu transfer edib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı müdafiəçi ilə müddəti 2 il olan anlaşma imzalanıb.

Naxçıvan klubu ilə razılaşmaya əsasən, Ribeyro UEFA Konfrans Liqasının ilk mərhələsindəki oyunlarından sonra “Neftçi”yə qoşulacaq. 28 yaşlı futbolçu ilə müqavilə avqustun 1-də qüvvəyə minəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button