“Qarabağ” yenə “Zalsburq”la qarşılaşacaq

“Qarabağ”ın Avstriyadakı toplanış çərçivəsində yoxlama oyunu keçirəcəyi növbəti rəqib müəyyənləşib.

Komanda.az xəbər verir ki, “köhlən atlar” yerli “Zalsburq”la qarşılaşacaq. Bununla bağlı məlumatı Avstriya klubunun rəsmi saytı yayıb.

Oyun iyulun 15-də keçiriləcək. 

“Qarabağ”la “Zalsburq” 2014-cü ildə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində üz-üzə gəlib. Bakıdakı matçda Ağdam təmsilçisi qələbə qazansa da (2:1), cavab görüşündə uduzub (0:2).

“Qarabağ” Avstriyada Ukraynanın “Metalist” komandası ilə də qarşılaşacaq. Oyun iyulun 7-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button