“Kəpəz”dən 2 futbolçu ilə yeni müqavilə

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Kəpəz” iki futbolçu ilə müqavilə müddətini yeniləyib.

Klubdan Komanda.az-a verilən məlumata görə, ötən mövsümdən Gəncə təmilçisində çıxış edən Mahamadu Ba və Paçu Lira ilə iki illik anlaşma imzalanıb.

Hücumçu mövqeyində oynayan Paçu son çempionatda 27 oyun keçirərək 4 qol vurub, eyni sayda məhsuldar ötürmə edib. Yarımmüdafiəçi olan Ba isə 25 matçda meydana çıxıb. Malili oyunçu azarkeşləri 3 qolla sevindirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button