Dünyanın ən dəyərli 10 klubu – SİYAHI

Dünyanın ən bahalı futbol klubları müəyyən olunub.

Komanda.az “Football Benchmark Group”-a istinadən xəbər verir ki, siyahının lideri “Real”dır. “Kral klubu”nun dəyəri 6,3 milyard avro qiymətləndirilib.

İkinci pillədə İngiltərə Premyer Liqasında son illərin dominant komandası “Mançester Siti” qərarlaşıb. “Şəhərlilər”in dəyəri 5,2 milyard avrodur.

Üçüncü yerdə isə İngiltərənin daha bir klubu “Mançester Yunayted” yer alıb. “Qırmızı şeytanlar”ın dəyəri 5,1 milyard avro təşkil edir.

Ən bahalı “onluq”da aşağıdakı klublar da yer alıb: “Barselona”, “Bayern”, “Liverpul”, “Arsenal”, PSJ, “Tottenhem” və “Çelsi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button