Parti ilə bağlı qeyri-müəyyənlik var

“Arsenal”ın yarımmüdafiəçisi Tomas Parti Avropanın bir neçə aparıcı klubunun diqqətini cəlb edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçuya PSJ, “Barselona” və “Yuventus” maraq göstərir.

Hazırda Parti ilə bağlı müqavilə vəziyyəti qeyri-müəyyən olaraq qalır. Onun London təmsilçisi ilə olan sözləşməsinin müddəti bu ilin iyununun 30-da başa çatacaq. Ancaq tərəflər arasında yeni anlaşma ilə bağlı danışıqlara hələlik start verilməyib. Buna baxmayaraq, “Arsenal”ın baş məşqçisi Mikel Arteta qanalı oyunçunun komandada qalmasını istəyir və onu 2025/26 mövsümündə heyətdə görmək arzusundadır.

Parti başa çatan mövsümdə “topçular”ın heyətində 52 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button