
“Zirə” ilə “Şamaxı” cərimə edilib
AFFA İntizam Komitəsi “Zirə” və “Şamaxı”nı cəzalandırıb.
Komanda.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Azərbaycan Premyer Liqasında 35-ci turun “Zirə” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Zirə” klubu 800 manat cərimə edilib.
35-ci turun “Şamaxı” – “Araz-Naxçıvan” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” klubu 700 manat cərimə edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



