
Kroosun “Real”a məsləhət gördüyü futbolçu
“Ştutqart”ın yarımmüdafiəçisi Anjelo Stiller İspaniyanın top klubuna keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real” almaniyalı futbolçunu transfer edə bilər. Yarımmüdafiəçinin namizədliyini Madrid klubunun keçmiş futbolçusu Toni Kroos şəxsən tövsiyə edib.
Stillerin “Ştutqart”la müqaviləsi 2028-ci ilin ortalarına qədərdir. 24 yaşlı futbolçu Almaniya çempionatının bu mövsümündə 32 oyun keçirib, 1 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



