
Torres: “Yamalın oyununa təəccüblənmirəm”
“Barselona”nın hücumçusu Ferran Torres komandanın 17 yaşlı vingeri Lamin Yamalın UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin “İnter”lə ilk oyununda (3:3) çıxışını şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Yamalın oyununa təəccübləmədiyini bildirib:
“Yamalın oyununa təəccüblənmirəm. O, bu görüşdə yüksək motivasiyalı idi, “Barselona”nın əsas oyunçusudur. “Məqsədimə gəlincə, komandaya kömək etməkdən və öz töhfəmi verməkdən məmnunam”.
“İnter”lə “Barselona” arasında cavab matçı mayın 6-da Milanda olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



