
“Arsenal” futbolçusuna yeni müqavilə təklif edəcək
“Arsenal” Tomas Partiyə yeni maaş strukturu ilə müqavilə təklif edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular” 31 yaşlı yarımmüdafiəçini saxlamaq istəyir, o isə bütün mövcud variantları dəyərləndirir.
Partinin klubla hazırkı müqaviləsinin müddəti bu ilin iyununda başa çatacaq. O, hazırda həftədə 200 min funt sterlinq (vergilərdən sonra 110 min) maaş alır. “Arsenal” ona yeni maaş strukturuna malik müqavilə təklif etməyə hazırdır. Klubun maaş strukturunda dəyişikliklər ediləcəyi gözlənilir. Bu dəyişikliklər “Arsenal”a daha az maliyyə yükü gətirmək məqsədi güdür.
Parti və klub arasında danışıqların davam etdiyi, yaxın zamanda razılaşmanın əldə edilə biləcəyi bildirilir. O, bu mövsüm İngiltərə Premyer Liqasında 31 matçda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



