“Mançester Yunayted”in yeni transfer planı

“Mançester Yunayted” Avropa Liqasını qazansa və Çempionlar Liqasına vəsiqə əldə edərsə, “Sauthempton”un cinah oyunçusu Tayler Diblinqə marağını artıracaq.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, “Sauthempton” ingiltərəli futbolçunun transferi üçün 100 milyon funt-sterlinq (117 milyon avro) istəyəcək. “Qırmızı şeytanlar” gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanarsa, ən azı 80 milyon funt-sterlinq (93 milyon avro) əldə edəcəklər. Onlar bu pulu futbolçunu almağa yatıra biləcəklər.

19 yaşlı cinah oyunçusu bu mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button