“Futbolla əlaqəsi olmayan qırmızı vərəqə idi” – Berezutski

“Sabah” Azərbaycan Premyer Liqasının 30-cu turunda bu gün “Turan Tovuz”la qarşılaşıb.

Komanda.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçdan sonra Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib. O, 1:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:

“Oyunu iki hissəyə bölə bilərik. “Qırmızı”ya qədər və “qırmızı”dan sonrakı. Mən oyunçulara təşəkkür etmək istəyirəm. Sona kimi döyüşdülər. Əfsuslar olsun ki, hesabı bərabərləşdirə bilmədik.

Azlıqda qaldığımız epizoda gəlincə, mənim üçün də müəmmalı qaldı. Futbolla əlaqəsi olmayan qırmızı vərəqə idi. Hücum edirdik. Sonradan hakim oyunu dayandırıb oyunçumuza “qırmızı” verdi.

Əlbəttə ki, burda taktiki plandan danışmaq yersizdir. Əvvəldə də bildirdim ki, azlıqda qalandan sonra çətinlik çəkdik. Mən elə bilirəm ki, qırmızı vərəqəyə qədər öndə olan tərəf biz idik”.

“Sabah” növbəti turda evdə “Səbail”lə üz-üzə gələcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button