
Mançini “Yuventus”un baş məşqçisi olmağa yaxındır
İtaliya millisinin keçmiş baş məşqçisi Roberto Mançini “Yuventus”u çalışdırmağa yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq bu gün tərəflərin görüşü və potensial əməkdaşlığı müzakirə etməsi planlaşdırılır.
Maraqlıdır ki, “Yuventus” Mançini ilə işləməyə razı olsa, hazırda turinliləri çalışdıran Tiaqo Motta “Milan”ın yeni baş məşqçisi ola bilər.
Mançini 2021-ci ilin yayında İtaliya millisini Avropa çempionatında qələbəyə daşıyıb. O, bundan sonra Səudiyyə Ərəbistanı millisinə getsə də, orada uğur qazana bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



