
Azərbaycan millisi Paraqvaya uduzub
Azərbaycan millisi Bolqarıstanın Varna şəhərində təşkil olunan həndbolu inkişaf etməkdə olan ölkələrin çempionatında növbəti oyununa çıxıb.
Komanda.az xəbər verir ki, yığma 5-8-ci yerlər uğrunda qarşılaşmada Paraqvayla üz-üzə gəlib. Oyun rəqib komandanın 34:22 hesablı qələbəsi ilə bitib.
Azərbaycan millisi B qrupunu sonuncu sırada bitirib. Komanda Moldova (21:33), Nigeriya (17:29) və ABŞ (25:45) yığmalarına uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



