
Azərbaycan millisinin beynəlxalq turnirdəki növbəti rəqibi məlum olub
Azərbaycan millisinin Bolqarıstanın Varna şəhərində təşkil olunan həndbolu inkişaf etməkdə olan ölkələrin çempionatında növbəti rəqibi məlum olub.
Komanda.az xəbər verir ki, yığma komanda 5-8-ci yerlər uğrunda qarşılaşmada Paraqvayla üz-üzə gələcək.
Qarşılaşma martın 15-də, saat 15:00-da start götürəcək.
Azərbaycan millisi B qrupunu sonuncu sırada bitirib. Komanda Moldova (21:33), Nigeriya (17:29) və ABŞ (25:45) yığmalarına uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



