
“Neftçi” Tovuza yollandı
“Neftçi” Azərbaycan Premyer Liqasının 25-ci turunda qarşılaşacağı “Kəpəz”lə matçın hazırlığını başa vurub.
Komanda.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.
Hazırlıq prosesindən sonra komanda üzvləri Tovuza yola düşüblər. Futbolçu Andrey Ştoqrin zədə səbəbindən “Kəpəz”lə görüşü buraxacaq.
Martın 5-də Tovuz şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Neftçi” oyunu saat 17:00-da başlanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



