Totti Qasperininin “Roma”nın baş məşqçisi olmasını istəmir

“Roma”nın keçmiş futbolçusu Françesko Totti hesab edir ki, Karlo Ançelotti paytaxt komandasına baş məşqçi kimi qayıtmayacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı keçmiş futbolçu “Roma”ya qələbələr qazanmaq üçün böyük oyunçuların lazım olduğunu bildirib:

“Roma”ya qələbələr qazanmaq üçün böyük oyunçular və titullu məşqçilər lazımdır. Ançelotti yaxşı seçim olardı, ancaq düşünmürəm ki, gəlsin. Can Pyero Qasperini yaxşı mütəxəssisdir, amma mən ondan razı deyiləm. Bir növ riskli olsa da, Roberto De Zerbiyə üstünlük verərdim”.

“Real”ın hazırkı çalışdırıcısı Karlo Ançelottinin tez bir zamanda vətəninə qayıdacağı bildirilir. “Roma” italiyalı mütəxəssis üçün əsas variantlardan biri hesab olunur.

“Roma”nı hazırda Klaudio Ranyeri çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button