
“Barselona” Neymarın qarşısına şərt qoyub
“Barselona” Neymarın geri dönməsi üçün şərtlərini irəli sürüb.
Daha əvvəl 33 yaşlı futbolçunun Kataloniya klubuna qayıtmaq istədiyi bildirilirdi.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, “Barselona” Neymarın geri qaytarılması variantını nəzərdən keçirəcək, ancaq bunun üçün o, “Santos”dakı idman səviyyəsini təsdiqləməlidir.
“Barselona” Neymarın qarşısına mövsümün sonuna qədər Braziliya klubunun heyətində 15 qol vurmağı vəzifə qoyub.
Braziliyalı forvard hazırda “Santos”un heyətində 7 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin