İngiltərənin 2 klubu Leaonun xidmətində maraqlıdır

“Milan”ın yarımmüdafiəçisi Rafael Leaonun İngiltərə Premyer Liqasına keçmək seçimləri var.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 25 yaşlı vingerin xidmətində Premyer Liqanın iki aparıcı klubu maraqlıdır. Söhbət “Mançester Siti” və “Mançester Yunayted”dən gedir. Hər iki klub yay transfer pəncərəsində portuqaliyalı futbolçunu almağa cəhd edə bilər. “Milan” da öz növbəsində, onun üçün 100 milyon avro təklif etsələr, ayrılmağa hazırdır.

Leaonun İtaliya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədərdir. O, 2019-cu ilin avqustundan Milan komandasında çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button