
Qvardiola: “Yeni oyunçulara ehtiyacımız var”
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yeni transferlərə ehtiyac olduğundan danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandanı yeni oyunçularla gücləndirməyin gərək olduğunu bildirib:
“Yeni oyunçular? Təbii ki, onlara ehtiyacımız var. “Mançester Siti” heyətini yeni oyunçularla gücləndirməli, həm də liderlərini saxlamalıdır. Komandanı bir az da genişləndirməliyik. Üstəlik, bizi Klublararası dünya çempionatı gözləyir”.
“Mançester Siti” UEFA Çempionlar Liqasında “Real”a ümumi hesabda uduzaraq, turnirdən kənarlaşdırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin