
Azərbaycan yığması son oyunda da uduzdu
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi AÇ-2025-in seçmə mərhələsində bu gün sonuncu matçını keçirib.
Komanda.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda C qrupundakı altıncı oyunda Polşa ilə üz-üzə gəlib.
“Sərhədçi” İdman Mərkəzində keçirilən görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 88:34.
Azərbaycan millisi Polşa ilə yanaşı Belçika və Litva ilə mübarizə apardığı qrupda daha əvvəl keçirdiyi bütün görüşlərdə rəqiblərinə məğlub olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



