![](https://komanda.az/wp-content/uploads/2025/02/c34fed83-bd33-3d6f-a86b-dc4b156fdc0b_850-780x470.jpg)
“Neftçi” “Sərhədçi”yə qalib gəldi
Azərbaycan Basketbol Liqasının 14-cü turunda “Neftçi” “Sərhədçi”yə qalib gəlib.
Komanda.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində keçirilən A qrupunun matçında “ağ-qaralar” 82:67 hesablı qələbəyə sevnib.
Qeyd edək ki, 14-cü turun daha əvvəl keçirilən matçlarında “Naxçıvan” “Abşeron”u 76:70, “Quba” “Sumqayıt”ı 90:80 hesabı ilə məğlub edib. Tura fevralın 7-8-də keçiriləcək oyunlarla yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin