“Neftçi” ilə oyuna yaxşı hazırlaşmışıq”

“Sərhədçi”nin baş məşqçisi Evren Alkaya Azərbaycan Basketbol Liqasının 14-cü turunda sabah “Neftçi”yə qarşı keçirəcəkləri oyundan öncə klubun mətbuat xidmətinə açıqlama verib.

Komanda.az xəbər verir ki, o, heyətdə itki olduğunu vurğulayıb:

“Neftçi” iki, biz isə 3 oyun uduzmuşuq. Amma yaxşı oynadığımızı düşünürəm. “Naxçıvan”la matçda Milenko Velikoviçin zədəli olmasına baxmayaraq, inamlı çıxış etmişdik. “Neftçi” ilə görüşə yaxşı hazırlaşmışıq. Onların oyun tərzinə görə hazırlaşmışıq. Həqiqətən “Sabah” meydanda döyüşən “Sərhədçi”olacaq. Təəsüf ki, Kris Martinin zədəsi olduğu üçün ondan çox istifadə edə bilməyəcəyik. Amma yeni oyunçumuz Cimmi Nikolsdan yararlanacağıq. Düşünürəm ki, sabah özümüzü göstərməyi bacaracağıq və məğlubiyyət seriyasını bitirməyə çalışacağıq. Təəssüf ki, milli komandanın düşərgəsində olduğum üçün matçda iştirak edə bilməyəcəm. Amma köməkçim Murat Öney kollektivin başında olacaq. Bu qarşılaşmada qələbəyə ehtiyacımız var”.

“Neftçi” – “Sərhədçi” matçı sabah, saat 19:00-da “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button