“Naxçıvan” “Abşeron”a qalib gəldi
Azərbaycan Basketbol Liqasının 14-cü turuna start verilib.
Komanda.az xəbər verir ki, bu gün baş tutan turun açılış matçında “Naxçıvan” “Abşeron”a qalib gəlib.
Abşeron Olimpiya İdman Kompleksində keçirilmiş A qrupunun oyununda bölgə təmsilçisi 76:70 hesablı qələbəyə sevinib.
Turun digər görüşləri fevralın 5-8-i aralığında keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin