AFFA-nın yeni baş katibinin kim olacağı məlumdur
AFFA-nın yeni baş katibinin adı məlum olub.
Komanda.az xəbər verir ki, sözügedən vəzifədən istefa verən və icraçı vitse-prezident postundakı fəaliyyətini davam etdirəcək Sərxan Hacıyevi Cahangir Fərəcullayev əvəz edəcək.
Fərəcullayev futbol ictimaiyyətinə tanış biri deyil. O, “Azərlotoreya”ya yaxınlığı ilə tanınır və burada fəaliyyətdə olub.
Cahangir Fərəcullayev 1981-ci ildə Bakıda anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb.
O, 2004-2019-cu illərdə Deniz Service, Engin, Gametv Prodüser Mərkəzi, AGBank, Novartis, Sandoz və JTI Azərbaycan şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, biznesin inkişafı və marketinq üzrə müstəqil məsləhətçi kimi çıxış edib.
2019-2020 illərdə “Topaz” şirkətinin baş direktoru olub. 2021-ci ildən indiyə qədər “Azərlotereya” ASC-də baş direktorun müşaviri və LMK şirkətində baş direktor vəzifəsində çalışıb.
Fərəcullayev vəzifəsinin icrasına bu gündən etibarən başlayacaq.
Bizi Facebook-da izləyin