“Çelsi” də irlandiyalı futbolçu üçün yarışa qoşulub

“Çelsi” heyətini gücləndirmək istəyir.

Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, London klubu “Brayton”un hücumçusu Evan Ferqyuson üçün mübarizəyə qoşulub.

“Qağayılar” irlandiyalı futbolçunu icarəyə verməyə və ya satmağa açıqdır. Ferqyusonun İngiltərənin bir sıra Premyer Liqa klublarının “radar”ında olduğunu da söyləməyə dəyər.

20 yaşlı oyunçu qış transfer pəncərəsi bağlanana qədər komandasını dəyişə bilər. O, bu mövsüm 14 oyun keçirib, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button