Neymar tələsmir
“Əl-Hilal”ın hücumcusu Neymarın gələcəyi müzakirə mövzusu olaraq qalır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı hücumçunun qışda MLS-ə keçidi istisna deyil.
32 yaşlı oyunçunun bu liqadan konkret təklifi var. Bununla belə, Neymarın mövqeyi ondan ibarətdir ki, onun MLS-ə keçməsi hələ tezdir. O, yalnız 2026-cı il dünya çempionatından sonra ABŞ-dakı variantları nəzərdən keçirməyə hazırlaşır.
Neymarın “Əl-Hilal”la hazırkı müqaviləsi cari mövsümün sonuna qədərdir. Əvvəllər mətbuat dəfələrlə braziliyalı hücumçunun adını “İnter Mayami” ilə əlaqələndirib. O, bu klubda Lionel Messi ilə yenidən bir araya gələ bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin