“Real” rəhbərliyi ilə Ançelotti arasında fikir ayrılığı yaranıb

“Real” baş məşqçi Karlo Ançelottinin heyəti gücləndirmək istəyini təmin etmək niyyətində deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı hesab edir ki, “kral klubu” qış transfer pəncərəsində yeni futbolçular almaq barədə düşünməlidir.

“Real”da daxili müzakirələr gedir. Ançelotti yanvar transferlərində israr edir, rəhbərlik isə buna qarşı çıxır.

Madrid klubu La Liqada 19 turdan sonra lider “Atletiko”dan bir xal geri qalaraq, 2-ci pillədə qərarlaşıb. Ançelottinin komandası ötən bazar günü İspaniya superkubokunun finalında “Barselona”ya ağır məğlubiyyətlə (2:5) üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button