“Arzumu reallaşdırdım, avrokuboklarda oynamaq üçün “Qarabağ”a gəldim”
“Arzumu reallaşdırdım, avrokuboklarda oynamaq üçün “Qarabağ”a keçdim”.
Komanda.az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Mateuş Koxalski “Przegladsportowy” nəşrinə müsahibəsində deyib.
24 yaşlı qolkiper Bakıda Xorvatiya təmsilçisi “Dinamo”ya (Zaqreb) qarşı keçirdikləri Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu (0:2) haqqında danışıb.
Polşalı oyunçu “Çempionlar Liqasının himnini eşidəndə bir az stress keçirdizmi” sualını cavablandırıb:
“Bəli. Amma eyforiya daha çox idi. Arzumu reallaşdırdım, avrokuboklarda oynamaq üçün “Qarabağ”a gəldim”.
Koxalski Azərbaycan haqqında da danışıb:
“Burada təhlükəsizlik hissi daha da böyükdür. Mən nə dava-dalaş, nə küçələrdə sərxoş insanlar, nə də evsiz-eşiksiz olanları gördüm”.
Mateuş Koxalski cari ilin avqustunda “Qarabağ”a transfer olunub.
Bizi Facebook-da izləyin