“Qarabağ”ın futbolçusu Polşada ilin ən yaxşı 9-cu qapıçısı seçilib
“Qarabağ”ın futbolçusu Mateuş Koxalski ölkəsi Polşada 2024-cü ilin ən yaxşı 9-cu qapıçısı hesab edilib.
Komanda.az xəbər verir ki, siyahını yerli “iGol.pl” nəşri tərtib edib.
24 yaşlı qolkiper 34 xalla 9-cu yeri tutub.
İtaliyanın “Bolonya” klubunda çıxış edən Lukas Skorupski 265 xalla birinci olub. İspaniya təmsilçisi “Barselona”da forma geyinən Voyçex Şesnı (244 xal) ikinci, Almaniyanın “Volfsburq” komandasının “çərçivə qoruyucusu” Kamil Qrabara üçüncüdür.
Mateuş Koxalski cari ilin avqustunda “Qarabağ”a transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin