Palmer adını brend olaraq qeydiyyatdan keçirib
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer “Soyuq Palmer” bayramını və onun adını ticarət markası edib.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu həm bayramın özünü, həm də adını rəsmiləşdirib. Palmer onlardan müxtəlif mallar satmaq üçün istifadə etmək niyyətindədir.
22 yaşlı yarımmüdafiəçi bayramın videosunu əlavə edərək, əqli mülkiyyət üçün dövlət idarəsinə rəsmi ərizə təqdim edib.
Palmer ümumilikdə “Çelsi”nin heyətində bütün yarışlarda 64 matçda iştirak edib. O, cari mövsümdə keçirdiyi 17 oyunda 11 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsi 30 iyun 2033-cü ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin