Azərbaycanlı boksçu Macarıstandakı turnirdə qalib olub
Azərbaycan boksçusu Tayfur Əliyev (60 kq) “HELL Boxing Kings”də mövsümün çempionu olub.
Komanda.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropa Oyunlarının mükafatçısı Macarıstanın Mişkolts şəhərində təşkil olunan final gecəsində yerli boksçu Kovaç Kruzito ilə qarşılaşıb. 6 raund davam edən döyüş həmyerlimizin qələbəsi ilə başa çatıb.
Tayfur Əliyev bu qələbə ilə mövsümün çempionu olaraq xüsusi kəmərə layiq görülüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin