Ançelotti Vinisiusla bağlı suala cavab vermək istəmədi

“Real”ın baş məşqçisi Karlo Ançelottiyə komandanın braziliyalı hücumçusu Vinisius Juniorun davranışı ilə bağlı sual verilib.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, bu haqda heç nə söyləməyib:

“Vinisiusun daimi olaraq hakimlərlə mübahisələri? Mən bunu müzakirə etmək istəmirəm”.

Hücumçu “Rayo Valyekano” ilə matçda tez-tez hakimlərlə mübahisə edib.

“Rayo Valyekano” – “Real” matçı 3:3 hesabı ilə yekunlaşıb.

Vinisius bu mövsüm Madrid klubunda 20 matçda iştirak edib, 13 qol vurub və 9 məhsuldar ötürmə verib. Tərəflər arasında müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button