“Kapitan heç vaxt komandanı yarı yolda tərk etmir”
“Yuventus”un müdafiəçisi Danilo Lui da Silva komandadan ayrılmaq fikrində olmadığını bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu yanvarda “Yuventus”dan ayrılmaq istəmədiyini deyib:
“Yanvarda “Yuventus”dan ayrılmaq istəmirəm. Kapitan heç vaxt komandanı yarı yolda tərk etmir, birinci olmayacam. Mən həmişə “Yuventus” üçün əlimdən gələni etmək üçün buradayam”.
33 yaşlı futbolçunun Turin klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin