Ançelotti 2 oyunçu ilə bağlı qərar verib

“Real”ın baş məşqçi Karlo Ançelotti komandanın iki oyunçusunun gələcəyi ilə bağlı qərar verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı braziliyalı hücumçu Endrik və türkiyəli yarımmüdafiəçi Arda Gülərlə ayrılmaq fikrində deyil. Ançelotti futbolçuları ən azı cari mövsümün sonuna kimi komandada saxlayacaq.

19 yaşlı Gülər ​​cari mövsümdə “kral klubu”nun heyətində 17 matçda 1 qol və 1 məhsuldar ötürmə, 18 yaşlı Endrik isə 14 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button