“Çelsi” ukraynalı futbolçunu 35 milyon avroya satmağa hazırdır

Mixail Mudrik yanvar transfer pəncərəsində “Çelsi”ni tərk edə bilər.

Komanda.az “Footiecentral”-a istinadən xəbər verir ki, londonlular transfer bazarında ukraynalı yarımmüdafiəçiyə tələb olacağı halda, onu buraxmağa hazırdırlar.

Mudrikin xidmətində “Aston Villa” və “Vest Hem” maraqlıdır. Ona Fransanın “Marsel” klubu da maraq göstərir. “Çelsi” rəhbərliyi Mudriki 35 milyon avroya satmağa hazırdır.

23 yaşlı yarımmüdafiəçi cari mövsümdə London komandasının heyətində 16 matçda iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button