Kurtuadan Mbappeyə məsləhət

“Real”ın qapıçısı Tibo Kurtua Kilian Mbappenin problemlərindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu, sakit qalmaq və irəliləməyə davam etmək lazım olduğunu bildirib:

“Bu, peşəkarlıq və ya istək çatışmazlığı deyil. “Real”a gələndə eyni şey mənim də başıma gəldi. Elə vaxtlar olur ki, hər şey yolunda getmir. Sakit qalmaq və irəliləməyə davam etmək lazımdır. Dönüş nöqtəsi olmalıdır və mən əminəm ki, Mbappe də buna nail olacaq. Ümid edirəm ki, “Xetafe”yə vurduğu qol ona özünəinam qazandıracaq və növbəti oyunda “Atletik”ə üçünü vuracaq”.

Fransalı forvard azad agent kimi PSJ-dən “Real”a bu yay keçib. O, çoxdan bu komandada oynamaq arzusunda idi, ancaq “kral klubu”na keçəndən sonra ilk aylar onun üçün asan olmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button