“Araz-Naxçıvan”ın futbolçusu məşqlərə başlayıb
“Araz-Naxçıvan”ın daha bir futbolçusu – Karlos Jatoba məşqlərə başlayıb.
Komanda.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın daha əvvəl zədəsini sağaldıb meydana qayıdan futbolçuları – Vadim Abdullayev və Bayraməli Qurbanovun ardından 29 yaşlı braziliyalı yarımmüdafiəçi də fiziki hazırlıq üzrə məşqçi Teodor Terzievin rəhbərliyi altında məşq edir.
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 15-ci turunda “Turan Tovuz”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin