Kurtua: “Biz o son nöqtəni, son hərəkəti tapa bilmədik”

UEFA Çempionlar Liqasının ümumi mərhələsinin beşinci turunda səfərdə “Liverpul”la qarşılaşan “Real” 0:2 hesabı ilə məğlub olub.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu oyun haqda “kral klubu”nun belçikalı qapıçısı Tibo Kurtua danışıb:

“Bu matçda bizim üçün hər şey pis getdi. Biz o son nöqtəni, son hərəkəti tapa bilmədik”.

“Real” 5 turdan sonra 6 xal toplayıb və turnir cədvəlində 24-cü pillədə qərarlaşıb. “Liverpul” isə 15 xalla Çempionlar Liqasının turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button