Luis Enrike Ramosun nə vaxt qayıdacağını bilmir
PSJ-nin baş məşqçisi Luis Enrike komandanın zədəli hücumçusu Qonçalo Ramosun durumu haqda danışıb.
Komanda.az xəbər verir ki, ispaniyalı çalışdırıcı mətbuat konfransında Ramosun tezliklə geri qayıdacağını bildirib:
“Qonçalo indi sağalmanın son mərhələsindədir. O, tezliklə məşqlərə qayıdacaq. Amma hələlik bunun nə vaxt baş verəcəyini deyə bilmərəm. Məqsədimiz bütün oyunçuların matçlara hazır olmasıdır”.
Ramos Liqa 1-in “Havr”la matçında zədələnib.
23 yaşlı forvard Fransa çempionatının ötən mövsümündə 29 matçda iştirak edib, 11 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin