Azərbaycan millisinin üzvləri “Horizon Cup”da yüksək nəticələr göstərib

Azərbaycan millisinin üzvləri Yunanıstanın Saloniki şəhərində keçirilən qadın idman gimnastikası üzrə “Horizon Cup” beynəlxalq yarışının fərdi proqramında yüksək nəticələr göstəriblər.

Komanda.az Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, gimnastlar 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Leyla Məmədzadə qızıl (çöxnövçülük, sərbəst hərəkətlər), Dəniz Əliyeva qızıl (çöxnövçülük, gimnastika tiri) və bürünc (sərbəst hərəkətlər), Aynaz Məcidzadə qızıl (gimnastika tiri) və gümüş (çöxnövçülük, sərbəst hərəkətlər), Aytən Məmmədova qızıl (sərbəst hərəkətlər) və bürünc (çöxnövçülük) medal əldə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button