AFFA “Neftçi”, “Araz-Naxçıvan” və “Kəpəz”i cərimələdi

AFFA İntizam Komitəsi “Neftçi”, “Araz-Naxçıvan” və “Kəpəz” klublarını cərimələyib.

Komanda.az xəbər verir ki, “Araz-Naxçıvan” “Neftçi”ni səfərdə 1:0 hesabı ilə məğlub etdiyi Premyer Liqanın 12-ci turunun qarşılaşmasında futbolçusu Turan Vəlizadənin ikinci sarı vərəqəni alaraq meydandan qovulmasına görə 500 manat ziyana düşüb.

Oyunçuya bir matçlıq cəza verilib. Paytaxt klubunun azarkeşləri həmin görüşdə meydana kənar əşyalar atıblar. “Neftçi” bu səbəbdən 800 manat ödəməli olacaq.

“Kəpəz” klubu isə “Səbail”i məğlub etdikləri (1:0) qarşılaşmada dörd futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə ödəyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button