Son 8 mövsümün antirekordu
Azərbaycan Premyer Liqanın 12-ci turu aşağı məhsuldarlıqla əlamətdar olub.
Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş tutan 5 görüşdə 5 qol vurulub.
Yalnız “Şamaxı” – “Zirə” qarşılaşmasında (0:2) iki qol qeydə alınıb. “Neftçi” – “Araz-Naxçıvan” (0:1), “Kəpəz” – “Səbail” və “Sumqayıt” – “Sabah” (hər ikisi 1:0) matçlarında bir top vurulub. “Turan Tovuz”la “Qarabağ”ın görüşü isə qolsuz bitib.
Turda orta məhsuldarlıq 1,00-a bərabər olub. Bu, son 8 mövsümün antirekordudur.
Həm eyni, həm də daha aşağı məhsuldarlıq sonuncu dəfə 2016/2017 mövsümündə yaşanıb. Həmin vaxt 4 matçın keçirildiyi 22-ci turda 4 (orta məhsuldarlıq 1,00), 2-ci turda cəmi 3 (orta məhsuldarlıq 0,75) qol qeydə alınıb.
Bizi Facebook-da izləyin