Arteta almaniyalı futbolçunu komandasında görmək istəyir
“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Bayern”in vingeri Leroy Saneni komandasında görmək istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı Saneni “Mançester Siti”də birgə işlədiyi vaxtdan tanıyır.
Arteta 2019-cu ilin sonunda Xosep Qvardiolanın rəhbərlik etdiyi məşqçilər heyətini tərk edərək “Arsenal”ın “sükanı arxasına” keçib və 6 ay sonra almaniyalı futbolçu Sane də “şəhərlilər”dən ayrılaraq, “Bayern”lə müqavilə imzalayıb.
28 yaşlı yarımmüdafiəçinin cari mövsümün sonunda Münhen klubundan azad agent kimi ayrılma ehtimalı var və “topçular” ona iddialılar sırasındadır. Belə ki, məhz Arteta Sanenin “Arsenal”a keçidində əsas rol oynaya bilər. Londonluların çalışdırıcısı onun istedadının böyük pərəstişkarıdır.
Bizi Facebook-da izləyin