“Mançester Yunayted”in zədəli futbolçusu fərdi məşqlərə başlayıb

“Mançester Yunayted”in müdafiəçisi Leni Yoro fərdi məşqlərə başlayıb.

Komanda.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidməti məlumat yayıb.

Fransalı futbolçu “Mançester Yunayted”ə bu yay 62 milyon avroya “Lill”dən keçib. O, avqustun əvvəlində, ABŞ-da mövsümöncəsi təlim-məşq zamanı zədələnərək, ayağından əməliyyat olunmuşdu.

Yoronun meydana qayıtması barədə danışmaq hələ tezdir. 18 yaşlı müdafiəçinin ümumi qrupda məşqlərə başlamazdan əvvəl hələ “çox iş”i var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button